<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Bizimçün Göylərdən qurbanlıq gəldin,
 Günahlar üçün çarmıxa çəkildin,
 İman toxumu tək yerə səpildin,
 Bizə qurtuluşsan, İsa Məsihim.

[C1]
   Biz Sənlə yol açdıq Ata Allaha,
   Nurlu gələcəyə, gözəl sabaha,
   Geriyə bir addım atmarıq daha,
   Bizə qurtuluşsan, İsa Məsihim.

[V2]
 Oğul tək isminə iman etmişik,
 Qanınla günahdan təmizlənmişik,
 Müqəddəs Ruhunla qüvvətlənmişik,
 Bizə qurtuluşsan, İsa Məsihim.

[C2]
   İsminlə Atadan hər nə diləsək,
   Arzu, diləyimizi tez biləcək.
   İmanla istəsək, Tanrım verəcək,
   Bizə qurtuluşsan, İsa Məsihim.

[V3]
 Sənin İsmin ilə izzətlənmişik,
 İman gətirmişik, qiymətlənmişik.
 Allah hikmətiylə ziynətlənmişik,
 Bizə qurtuluşsan, İsa Məsihim.</lyrics>
<title>Bizimçün Göylərdən qurbanlıq İL17</title>
<hymn_number>17</hymn_number>
</song>